09:36
(077) 610-22-33

Balakənlə- “Haqq-hesab” - FOTO

  • >
3 433 1 Fevral 2014 12:21 | Cəmiyyət

AzNews.az-ın "Haqq-hesab" layihəsinin bu dəfəki qonağı Balakən rayonudur.


Azərbaycan prezidenti İlham Əliyevin Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlarına uyğun olaraq son zamanlar rayonda abadlıq-quruculuq işləri davam etdirilir.

Belə ki, dövlət başçısı Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Balakən Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə 44 min nəfərin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq vəsait ayrılıb.

Qeyd edək ki, rayonun 92 mindən cox əhalisi var. Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunub, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilib. 1965-ci ildə yenidən müstəqil rayona çevrilib.

AzNews.az
Bağla X