Nicat Dağlar növbəti müalicə kursu üçün Almaniyaya gedir

Leykoz xəstəliyindən müalicə olunan jurnalist Nicat Dağlar növbəti müayinə və müalicə prosesindən keçmək üçün bu gün Almaniyaya yola düşür. Bu barədə Lent.az-a həmkarımızın özü məlumat verib. Onun sözlərin görə, budəfəki müayinə və müalicə kursu sonuncu olmalıdır: "Alman həkimləri ötən altı ayın müalicəsinin nəticələrini müəyyənləşdirəcəklər. Bu dəfə bel nahiyyəsindən onurğaya müdaxilə eməklə iliyin vəziyyəti öyrəniləcək. Bu, əvvəlki müayinələrdən bir qədər çətin və ağrılı prosesdir. Müayinənin nəticəsinə uyğun dərman preparatları ilə uzunmüddətli müalicə kursu təyin ediləcək. İnanıram ki, inşallah bu mərhələni də yaxşı nətcə ilə adlaya biləcəm".

N.Dağlar bu gecə Bakı-Frankfurt reysi ilə yola düşəcək. Həmkarımızın müalicə aldığı xəstəxana isə Frankfurtun yaxınlığında yerləşən Bad Vildungen şəhərindədir.

Xatırladaq ki, N.Dağların müalicəsi prezident İlham Əliyevin göstərişi ilə dövlət hesabına həyata keçirilir. Həmkarımız bundan əvvəl ötən ilin avqust və oktyabr aylarında Almaniyada olub.