19:29
(077) 610-22-33

Ədəbiyyat müəllimi naşiri necə təəccübləndirdi?

  • >
1 786 1 Fevral 2014 21:37 | Cəmiyyət

"İstəmirəm uşaqlarımız xarici yazarların təsirinə düşsün"

"Qanun" Nəşrlər Evinin rəhbəri bu gün özünün facebook profilində maraqlı status paylaşıb. Naşır kitab yarmarkasında ədəbiyyat müəllimi ilə dialoqunu yazıb. Qısa dioloqdan belə məlum olur ki, orta məktəb müəllimi dünya ədəbiyyatından tam xəbərsizdir və şagirdlərinə də belə kitablar oxumağı tövsiyyə etmir:

"Endirimli kitab yarmarkasında orta yaşlı bir xanım uşaq kitabları ilə maraqlanırdı.
"Tom Soyeriin məcaraları"nı tövsiyə etdim. "O nədir belə", dedi. Kitab haqqında danışdım. Sonra "Şahzadə və dilənçini" dedim. Yenə də, "o nədir belə" dedi. Yenə də kitab haqqında danışdım. "Rominzon Kruzo" haqqında da danışdım.
"Qulliverin səyahəti"ni, "Kapitan Qrantın uşaqları"nı göstərdim, sifətini turşutdu:

- İstəmirəm uşaqlarımız xarici yazarların təsiri altına düşsünlər. Yerli yazarların kitabları varmı?

Bu an Harri Potterin qapağını gördü, sanki nəyisə xatırladı. Bir az götür-qoy edəndən sonra kitabı aldı.
Bu hərəkətindən həvəsləndim:

- Bəlkə özünüz üçün də kitab seçəsiz?
- Yox, yox, sən Allah, özüm ədəbiyyat müəllimiyəm, kitab içində batmışam".

AzNews.az
Bağla X