Meteohəssas insanlara xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq bildirir. AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 21-i və 23-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi sərinlik meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Avqustun 22-də havanın temperaturunun iqlim norması daxilində tərəddüdü müsbət amil olsa da, zəif gilavar küləyi və rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Avqustun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu təşkil edəcək.


Qeyd edək ki, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 21-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.


Sevinc

AzNews.az