04:21
(077) 610-22-33

Qafqaz Müsəlmanları İdarəsi - Suriyaya zəvvar ziyarətləri tamamilə dayandırıldı

  • >
776 23 Avqust 2012 13:40 | Cəmiyyət

Suriyada baş verən qanlı hadisələrlə əlaqədar bu ölkəyə zəvvar səyahətlərinin təxirə salınması külli miqdarda ziyanla müşayət olunur. Başqa ölkələrlə yanaşı Azərbaycandan da Suriyaya müqəddəslərin məzarlarına təşkil edilən ziyarətlər dayandırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisələrdən əvvəl də Suriyaya zəvvarların ziyarəti ayda bir dəfə olmaqla təşkil olunub:"Suriyaya getmək istəyən zəvvarların sayı çox olmayıb. Ona görə də ayda bir dəfə, bəzən isə iki aydan bir səfərlər təşkil olunub. Hadisələrin başlaması ilə zəvvarların həyatını təhlükəyə atmamaq üçün bütün zəvvar səyahətləri dayandırılıb.

Ümumiyyətlə son aylarda Suriyayaya getmək üçün müraciətlər də olmayıb". QMİ ilə yanaşı ziyarətləri təşkil edən şirkətlər də Suriya səfərlərini qeyri-müəyyən müddətə təxirə salıblar. Məlumat üçün bildirək ki, Suriyada islam dünyasının bir çox müqəddəslərinin məzarları var.

Bura Həzrət Yəhya peyğəmbər, İmam Əlinin qızları xanım Zeynəb, Üm Gülsüm, İmam Hüseynin qızları Rüqəyyə xanım, Səkinə xanım, Fatimeyi Suğra, Kərbəla şəhidləri, İmam Zeynalabidinin oğlu Abdullah, İmam Cəfəri Sadiqin oğlu Abdullah, Məhəmməd Peyğəmbərin (ə.s.ə) azançısı Bilal, həyat yoldaşları Üm Sələmə və Üm Həbibənin məzarı var.

Kəmalə
AzNews.az

Bağla X