06:41
(077) 610-22-33

Badamdarda yeni məktəb və uşaq bağçası tikilb

  • >
906 23 Avqust 2012 13:49 | Cəmiyyət

Prezident İlham Əliyevin göstərişi ilə Səbail rayonunun Badamdar qəsəbəsində yeni məktəb və bağça tikilib. Bu barədə məlumatı AzNews.az - a rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Israfil Kərimov verib.

Sektor müdiri bildirib ki, Prezident qəsəbəyə səfəri zamanı sakinlər yeni məktəb və uşaq bağçasına ehtiyac olması ilə bağlı dövlət başçısına müraciət ediblər.

Müraciətdən sonra prezident İlham Əliyevin göstərişinə əsasən 880 yerlik yeni məktəb və 120 yerlik uşaq bağçasının tikintisi aparılıb. Yeni tədris ilində istifadəyə veriləcək təhsil müəssisələrində hazırda son tamamlama və tərtibat işləri aparılır. Bununla yanaşə rayon ərazisindəki 3 məktəbdə də əsaslə təmir və tikinti işləri aparılır.

Kəmalə
AzNews.az

Bağla X