11:49
(077) 610-22-33

Dilə də Vergilər Nazirliyi baxacaq

  • >
610 23 Avqust 2012 15:24 | Cəmiyyət

Azərbaycan Dil Qurumu Vergilər Nazirliyinə müraciət etdi



Azərbaycan Dil Qurumu İctimai Birliyi (ADQ İB) dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə müraciət edib.

ADQ İB-nin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki: "Dövlət dili haqqında" qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır. Təəssüf ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin firma adları çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir".

Qeyd edək ki, ADQ bundan sonra qeydiyyata alınacaq hüquqi şəxslərin firma adlarının dövlət dilinin normalarına uyğun olmasına xüsusi nəzarət edəcək. Bununla yanaşı, qurum mövcud firma adlarının tədricən "Dövlət dili haqqında" qanunun tələblərinə uyğunlaşdırılmasını Vergilər Nazirliyindən xahiş edib.

Sevinc
AzNews.az
Bağla X