Jurnalistlər narkomaniyadan yazacaq

"Rezonans" Gənclərin İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizə üzrə məqalə müsabiqəsi elan edir. AzNews.az-a Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, məqalələr Azərbaycan narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizə mövzularından birini əhatə etməlidir.

Qoyulan mövzularda cəmiyyəti narahat edən narkomaniya ilə əlaqədar məsələlərə işıq salmalıdır. Müsabiqənin digər şərtlərini də diqqətinizə çatdırırıq:

- Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibəti əks etdirilməli, araşdırmalar və s. arzu olunandır;

- Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumatların qeyd olunması mütləqdir: "Bu yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə "Rezonans" Gənclərin İctimai Birliyinin həyata keçirdiyi "Gənclərin mənəvi və fiziki sağlamlığının qorunması üçün ictimai təşkilatlarla KİV-in birgə fəaliyyət proqramı" adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir".

- Yalnız mətbuatda dərc olunmuş və ya internet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməli, məqalə İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı rezonans-ypu@mail.ru elektron poçt ünvanına göndərilməlidir;

- Müsabiqə 15 Oktyabr 2012-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, müsabiqənin nəticəsi, yazı Azərbaycan Gənclər və İdman Nazrliyinin, vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 25 oktyabr 2012-ci tarixdə açıqlanacaq. Həmçinin, müsabiqənin qalibləri (I, II və III yerlər) mükafatlandırılacaq.

Sevinc
AzNews.az