00:31
(077) 610-22-33

Qafar Çaxmaqlı: “Türklərə erməni dilini öyrədirik”

  • >
1 482 24 Avqust 2012 10:07 | Cəmiyyət

Türkiyənin Kayseri şəhərindəki Ərgiyəz Universitetində yaradılan erməni dili və ədəbiyyatı bölümünə rəhbərlik etmək üşün Azərbaycandan mütəxəssis dəvət edilib. Bölümə bir müddət əvvəl BDU-nun nəzdində Erməni Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyası yaradan Qafar Çaxmaqlı rəhbərlik edəcək.

Bu barədə məlumatı AzNews.az - a Q.Çaxmaqlı verib. Onun sözlərinə görə, BDU-da 2010-cu ildə Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılması nəzərdə tutulsa da, kifayət qədər ştat ayrılmadığından qurum tarıx fakültəsinin nəzdində laboratoriya kimi fəaliyyət göstərib:"Bu da qurumun fəaliyyətini arzuedilən səviyyədə qurulmasına mane oldu. Bu yaxınlarda Türkiyədən dəvət aldım və burada planlaşdırdığım işi orada həyata keçirəcəyəm".

Azərbaycanda erməni dili üzrə mütəxəssis qıtlığı olduğunu bildirən Q.Çaxmaqlı Türkiyəyə aparmaq üçün də elmi dərəcəsi olan mütəxəssis tapılmadığını deyib:"Azərbaycanda bu sahədə elmi dərəcəsi olan mütəxəssis azdır. Bir neçə nəfər var, onlar da buradakı işlərini buraxmaq istəmirlər. Qalanlarının da heç bir elmi dərəcəsi olmadığından Türkiyədəki bölümə Gürcüstandan bir mütəxəssis dəvət etməli olduq".

Ermənistanda 20-yə qədər analoji mıərkəzin olduğunu bildirən Q.Çaxmaqlı Azərbaycana qarşı hazırlanan təxribatlarda bu mərkəzlərin nəzərəçarpacaq fəaliyyətinin olduğunu vurğulayıb:"Onların qarşısına çıxarmaq üçün ölkəmizdə heç bir elmi mərkəz yoxdur. Türkiyədə Avrasiya İncələmələr Mərkəzi, 21-ci əsr Türkiyə İnstitutu da daxil olmaqla 5 belə mərkəz var. Bizm də missiyaməz erməni dili üzrə mütəxəssislər hazırlamaq olacaq".

E.Əlosmanqızı
AzNews.az

Bağla X