11:00
(077) 610-22-33

Azərbaycanda virus təhlükəsi

  • >
690 24 Avqust 2012 11:59 | Cəmiyyət

1970-ci ildə ölkəmizdə Qərbi Nil virusu qeydə alınıb



Dünyanın bir sıra ölkələrində qeydə alınan, Amerikada isə bir həftədə 56 nəfərin ölümünə səbəb olan Qərbu Nil virusunun Azərbaycana gətirilmə ehtimalı var. Virus ağcaqanadlar, köçəri quşlar, bəzən gəmiricilər vasitəsilə yayılır. Bu barədə məlumatı AzNews.az-a Səhiyyə Nazirliyinin Respublika Taun Əlehinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib.

Direktor müavininin sözlərinə görə, ölkəmizdə Qərbu Nil virusu artıq bir dəfə, 1970-ci ildə qeydə alınıb:"Bu hadisə Qızılağac Dövlət Qoruğunda baş verib.Virus köçəri quşlarda tapılıb, ancaq insanların yoluxma faktı baş verməyib".

Virusun ölkəmiz üşün təhlükə yaratmaması isə həmin virusun törədicisi olan ağcaqanad növünə Azərbaycanda təsadüf edilməməsi və köçəri quşların gəldiyi payız-qış mövsümündə ağcaqanadların aktiv olmaması ilə bağlıdır:"Azərbaycanda qeydə alınmış ağcaqanad növü arasında malyarıya tərədən anofiliz ağcaqanadları Lənkəran, Astara bölgəsində var. Ancaq Qərbi Nil virusuna səbəb olan ağcaqanadlar ölkəmizdə yoxdur".

Məlumat üşün bildirək ki, virus ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində yayıldığı üçün bu yerin adı ilə adlandırılır. Əsasən ağcaqanadlar vasitəsi ilə yayılan virus yaşlı və immun sistemi zəif insanlarda ölümlə nəticələnən beyin iltihabına yol açır.

E.Əlosmanqızı
AzNews.az

Bağla X