08:24
(077) 610-22-33

Ayaz Orucov: "Əgər oğlum atəş açıbsa, onu həbs etsinlər"

  • >
2 515 1 Mart 2014 12:12 | Cəmiyyət

"Oğlum belə bir cinayət hadisəsi törətmiş olsaydı, özüm onu həbs etdirərdim".

Bunu AzNews.az-a açıqlmasında Milli Məclisin deputatı Ayaz Orucov deyib.

Deputat bu məlumatın düzgün olmadığını deməklə yanaşı, bunu ailəsinə qarşı təxribat kimi qiymətləndirib:

"Hesab edirəm ki, bu cür məlumatlar müxalifətin növbəti iftirasıdır. Mənim oğlum heç vaxt belə iş tutmaz. Onun tapançası da olmayıb və ola da bilməz. Nəinki oğlumun, heç özümün də tapançam yoxdur. Mənim iki övladım var, biri qız, digəri isə oğlan. Hər ikisi tələbədir. Qızım xaricdə, oğlum isə Bakıda təhsil alır. Oğlumun da adı İsmayıldır".

A.Orucov Binəqədi rayon Polis İdarəsinin açıqlamasına da münasibət bildirib: "Bu fakt olubsa, cinayət işi qaldırılsın və oğlumu həbs etsinlər. Oğlum tələbədir. Onun o boyda pulu hardan ola bilər? Bu cür məlumatlar sadəcə olaraq yüngül düşüncəli mətbuatın təxəyyülüdür".

Deputat hesab edib ki, bu cür məlumatlar onun Azərbaycanın xaricində tanıdılması istiqamətində göstərdiyi fəallığın qarşısının alınmasına yönəlib.

Xatırladaq ki, bu gün bizimyol.info-da deputat Ayaz Orucovun oğlunun bahalı "Mercedes" avtomobilindən yaxınlıqdan keçən bir şəxsin maşınına tapançadan atəş açması ilə bağlı məlumat yayılmışdı.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X