19:29
(077) 610-22-33

Söyün Sadıqov Ukrayna- Rusiya münasibətlərindən danışdı

  • >
1 496 1 Mart 2014 12:58 | Cəmiyyət

"Ukraynada baş verənlər gözlənilən idi. İnsanların yaşayış səviyyəsinin aşağı olması və korrupsiya halları, əsasən də qeyri ədalətli məhkəmə, rüşvət alan hüquq-mühafizə orqanları, o cümlədən məmurların qudurğanlığı ölkədə vəziyyətin gərginləşməsinə gətirib çıxardı".

Bunu AzNews.az-a açıqlamasında "Azerros"un sabiq prezidenti, Moskvadakı "Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqov deyib.
O bildirib ki, gənclər ailələrini dolandırmaq üçün Avropaya, ABŞ və Kanadaya getmək məcburiyyətində qalıblar: "Bu insanlar Yanukoviçin zülm rejimində yaşamaq istəmədilər. İndi biz Ukraynada baş verənlərini görürük".

S. Sadıqov Krım Muxtar Respublikasında baş verənlərə də öz münasibətini bildirib: "Krım Muxtar Respublikasında 1.5 milyon rus, 350 min tatar, 350 min ukraynalı yaşayır. Təəssüf ki, Kiyevdə müxalifət anti-rus təbliğatı aparırdı. Bu da, krımlıların Kiyevə etibar etməməsinə gətirib çıxardı. Rusiya isə öz soydaşlarını qorumağa məcburdur. Əslində isə rəsmi Moskva vahid və bölünməz Ukraynanın qalmasının tərəfdarıdır".

O deyib ki, Rusiyanın Jirinovski və Zatulin kimi siyasətçilərinin çıxışlarını ciddi qəbul etmək lazım deyil.

Bahar Rüstəmli
AzNews.az
Bağla X