01:33
(077) 610-22-33

Elşad Musayev Milli Şuradan getdi

  • >
1 524 1 Mart 2014 18:40 | Cəmiyyət

BAP sədri qurumu tərk etməsinin səbəblərini açıqladı


Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Milli Şuradan çıxıb. Partiya sədri bu barədə "Yeni Müsavat"a danışarkən qeyd etdi ki, uzun müddətdir qurumun iclaslarında iştirak etmirdi: "Ona görə də Milli Şurada hansı proseslərin getdiyindən xəbərim yox idi. Şəxsi problemlərlə və işlərimlə əlaqədar nə Milli Şuranın sessiyalarına qatılırdım, nə də orada bir fəaliyyət göstərirdim. Vaxt azlığına görə iclaslarda iştirak edə bilmirdim. Bir fəaliyyətim olmadığına görə Milli Şuranı tərk etmək qərarı verdim".
E. Musayev MŞ-dan gedişinin başqa bir səbəbi olmadığını və bu mövzuda geniş şərh vermək istəmədiyini vurğuladı. BAP sədri Böyük Şor qəsəbəsində olimpiya stadionuna görə sökülən tikililər məsələsinə də toxundu.


AzNews.az
Bağla X