12:02
(077) 610-22-33

270 nəfər əlil protez-ortopedik məmulatla təmin edildi

  • >
725 3 Mart 2014 11:00 | Cəmiyyət

Ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış səyyar tibbi-texniki briqadalar indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyaclarını aradan qaldırıblar.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına, onların ehtiyac duyduqları məmulatlarla yerindəcə təmin olunmasına xidmət edən tədbir ölkənin bütün bölgələrində həyata keçiriləcək.

Yaxın günlərdə isə səyyar briqadalar respublikanın Balakən, Zaqatala, Qax, Şəki və digər rayonlarda fəaliyyətlərini davam etdirəcəklər.

AzNews.az
Bağla X