18:26
(077) 610-22-33

Bu gün yağış yağacaqmı?

  • >
921 24 Avqust 2012 22:39 | Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın
temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda
25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Rayonlarda bu gün əsasən havanın yağmursuz keçəcəyi, lakin gecəyə doğru
Lənkəran-Astara zonasında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz
31-36, dağlarda gecə 10-15, gündüz 24-29 dərəcə isti olacaq. Avqustun 25-26-da ölkə ərazisində hava şəraitinin
nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

AzNews.az
Bağla X