- Köhnə - Cəmiyyət
- 3 Mart 2014 12:07
- 2 795
TQDK imtahan nəticələrini açıqladı
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan saat 10:00-da Bakı Slavyan Universitetinin binasında başlanmış və 3 saat ərzində aparılıb.
İmtahan nəticələri elə həmin gün – martın 2-də Komissiyanın internet saytında yerləşdirilib.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.
Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan 4 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 155 namizəddən 63 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 93 bal olub.
AzNews.az