"Bu, bizim sponsorluq siyasətimizə aid deyil" "Bu, bizim sponsorluq siyasətimizə aid deyil"

BP-dən Nərminə 16 minlik yardımla bağlı AÇIQLAMA

"Bu, bizim sponsorluq siyasətimizə aid deyil"



BP şirkətinin xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynovanın ianə kampaniyasına 16 000 manat pul köçürüldüyü haqda yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə AzNews.az-a BP Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

Tamam Bayatlı açıqlamasında bildirib ki, BP-nin sponsorluq siyasətinə fərdli şəkildə yardım etmək daxil deyil: "BP-nin sponsorluq siyasətinə - təhsil, idman, yerli səriştə və qabiliyyətlərin yaradılması, iri davamlı inkişaf sahələrinə yardım kimi böyük layihələr daxildir".

Tamam Bayatlı onu da qeyd etdi ki, ola bilsin şirkət daxilində fərdi şəxslər kampaniyaya öz yardımlarını göstərib: "Amma onu da bildirim ki, şirkətimizin əməkdaşları bu kampaniyada iştirak edə bilərlər. Və biz şirkət olaraq bundan məmnun qalarıq. Sadəcə qeyd etdiyim kimi bu, bizim sponsorluq siyasətimizə aid deyil".

İlqar
AzNews.az