Metronun yeni sədri iş başında

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynovun təzə işinin icrasına başlayıb.

Bakı Metropolitenindən anspress-ə verilən məlumata görə, Zaur Hüseynovun bu gün idarəyə gəlib və iş səlahiyyətlərinin icrasına başlayıb. Zaur Hüseynov həmçinin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətnin işçiləri ilə də tanış olub.

Qeyd edək ki, prezident İlham Əliyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

AzNews.az