4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb

Bakıda fəaliyyət göstərən Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, ötən həftədən etibarən xəstəxana fəaliyyətini dayandırıb və orada xəstələrin qəbulu aparılmır. Onun sözlərinə görə, xəstəxananın işçi heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzində işlə təmin olunacaq: "Heyət işlə təmin olunmaq üçün imtahan verərək müvafiq prosedurdan keçir. Narahatçılığa heç bir əsas yoxdur. Xəstəxananın heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzinə köçürüləcək".


AzNews.az