Milli Məclisdə Ombudsman hesabat verəcək


Bu gün Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

AzNews.az Milli Məclisin rəsmi internet saytına istinadən xəbər verir ki, gündəliyə 4 məsələ təklif olunub.

Əvvəlcə İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra isə "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə baxılacaq.

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanununun layihəsi də müzakirə mövzusu olacaq, həmçinin "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun layihəsidə gündəlikdə duran məsələlər sırasındadır.

"Akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsi barədə (ikinci oxunuş) müzakirəyə çıxarılacaq.

AzNews.az