21:10
(077) 610-22-33

Rövnəq Abdullayev tapşırıq verdi- FOTO

  • >
1 213 4 Mart 2014 09:07 | Cəmiyyət

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sumqayıt Kimya Sənaye Parkında olublar.

Dövlət Neft Şirkətinin saytında verilən məlumata görə, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sumqayıt şəhərindəki sənaye zonası ərazisində zəruri infrastruktura və idarəetmə sisteminə malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye Parkında olub.

Rəsmilər burada yaradılmış "Azərtexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda, "SOCAR-Polimer" MMC-də və Karbamid zavodunda həyata keçirilən işlərlə tanış olublar.

Sonra ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev "Azərikimya" İstehsalat Birliyində keçirilən müşavirədə iştirak edib. R.Abdullayev birlik müəssisələrində həyata keçirilən yenidənqurma işlərinin gedişi, istismara verilmiş yeni qurğuların fəaliyyəti ilə maraqlanıb, qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və göstərişlər verib.

AzNews.az
Bağla X