06:03
(077) 610-22-33

Anar Nağılbaz Şeyx Əbdülü təhqir etdi – Yeni qalmaqal

  • >
2 006 4 Mart 2014 10:01 | Cəmiyyət

"Çöldə üzümü yalayan sən idin"




"İndi mənim sualım sənədir, çoxüzlü, ziyalı tayfasının heç yanından keçməyən, televiziyaların çöllərində 60 yaşında sülənən Əbdül müəllim, sən bundan nə qazandın? Ay, Əbdül, çöldə üzümü yalayan sən idin".

AzNews.az xəbər verir ki, bunu özünün facebook səhifəsində Anar Nağılnaz yazıb. Onun fikrincə, Əbdül Mahmudbəyov ANS telekanalındakı çıxışında "bizə rep deyil, meyxana lazımdı" deməklə böyük səhvlərə yol verib: "Sən əslində bilirsən, amma repi meyxananın dalına salırsan. Əgər sənin siyasətin bu arada repi (qərbi) - meyxananın (şərqin) dalına salmaqdırsa alınmadı, çünki buna hər halda deyirlər "çuşka"lıq".

Repçi Ə.Mahmudbəyovu həm də savadsız adlandırıb: "Çox adamlardan sizin savadsız olduğunuzu eşitmişdim, amma Elgizin verilişindən sonra sizin nə milli və nə riyazi anlayışınızın olmadığını gördüm. Ümumi fikirlərdə xalqa yaxın danışsanız da, xahiş edirəm bilmədiyiniz işlərə burnunuzu soxmayın. Çox təəssüf edirəm özünüzü qəhrəman hiss etdiniz. "Tы kto takoy,davay dosvidaniya!"

Bahar Rüstəmli
AzNews.az
Bağla X