07:09
(077) 610-22-33

Zakir Qaralov vətəndaşları qəbul edəcək

  • >
827 4 Mart 2014 10:16 | Cəmiyyət

Baş prokuror Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il martın 14-də saat 11:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

AzNews.az
Bağla X