19:21
(077) 610-22-33

“Hamı bilir ki, mən necə kişiyəm” – Şeyx Əbdüldən Anar Nağılbaza cavab

  • >
1 031 4 Mart 2014 12:17 | Cəmiyyət


"Nə Anar Nağılbazı tanıyıram, nə də atasını. Əgər düzəməlli sənətkardırsa, getsin sənəti ilə məşğul olsun".

Bunu AzNews.az-a açıqlamasında rejissor Əbdül Mahmudbəyov repçi Anar Nağılbazın onun haqqında səsləndirdiyi təhqirlərə cavab verərkən deyib. O bildirib ki, Anar Nağılbaz repin izahını, dramaturgiyasını versin, sonra meydana çıxsın:

"Əgər onu savadı, düşüncəsi varsa, sənətlə məşğul olsun. Bu adam ya xəstədir ya da əxlaqla, mənəviyyatla bağlı problemi var. Hamı bilir ki, mən necə kişiyəm, hansı əxlaqın sahibiyəm. Əgər o, belə danışıbsa, onun cavabını xalq və ziyalılar verməlidir. Çox güman ki, bu adam çöllərdə yaşayıb, Azərbaycana da indi gəlib".

Ə. Mahmudbəyov onu da bildirib ki, A. Nağılbaz bu addımı ilə populyarlaşmaq istəyir: "Getsin deputat atası ilə şəxsi ailə münasibətini formalaşdırsın, sonra tərbiyəsizcəsinə danışsın".

Xatırladaq ki, A.Nağılbaz özünün "Facebook" səhifəsində Ə.Mahmudbəyovun ünvanına təhqiredici ifadələr işlədib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X