07:09
(077) 610-22-33

Havanın temperaturu yüksək olacaq

  • >
822 4 Mart 2014 12:46 | Cəmiyyət

Martın 7-dək Azərbaycanda havanın temperaturu iqlim normasından yüksək olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 5-i və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında dünən və bu gün müşahidə edilən temperatur mart ayının iqlim normasından 4 dərəcə yüksək olub.

Yaxın günlər ərzində - martın 7-dək temperatur göstəriciləri çox dəyişməyəcək və temperatur rejiminin iqlim normasından bir qədər yüksək olması prosesi davam edəcək. Martın 7-dək Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 10-14 dərəcə isti olacağı proqnozlaşdırılır.

Martın 4-dən 5-nə keçən gecə və səhər saatlarında Bakının və Abşeron yarımadasının bəzi ərazilərində duman olacağı gözlənilir.

Martın 5-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında 10-14 dərəcə isti gözlənilsə də, axşama doğru havanın temperaturu bir qədər enəcək. Axşam şimal küləyinin güclənməsi ilə əlaqədar havanın temperaturu 7-8 dərəcəyə yaxın olacaq.
Azərbaycanın rayonlarında da martın 5-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Ayrı-ayrı cənub və şərq rayonlarında hava çiskinli olacaq.

Respublikanın rayonlarında axşam şərq küləyinin güclənəcəyi gözlənilir.
Martın 5-də Aran rayonlarında havanın temperaturunun gündüz 15-20, dağlıq ərazilərdə 10-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, martın 5-də axşam şimal küləyinin güclənməsi ilə əlaqədar temperaturun enməsi əsasən Bakıda və Abşeron yarımadasında müşahidə ediləcək.

AzNews.az
Bağla X