02:28
(077) 610-22-33

Deputat MTN-ə müraciət etdi: spiker qəzəbləndi

  • >
1 932 4 Mart 2014 12:58 | Cəmiyyət

Qənirə Paşayeva Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.

O, müraciətində özünə qarşı aparılan kampaniyanın araşdırılmasını istəyib : "Bəzi qüvvələr mətbuat azadlığından böhtan kampaniyası aparmaq üçün istifadə edir. Mən heç kimdən qorxmuram, çəkinmirəm. Fəaliyyətimin araşdırılmasına hazıram. Həmişə dövlətçilik mövqeyindən çıxış etmişəm. Bu kampaniyanı aparan adamların xalq arasına çıxarılmasını istəyirəm. Həyatında bir dəfə Səid Nursidən sitat gətirməyən bir adamı nurçuluqda ittiham edirlər. Mən bizim uşaqları Suriyada döyüşə çağıranların yanında olmalı idim? Mən həmişə uşaqlara gözəl təhsil verən türk məktəblərinin yanında olmuşam."

Q. Paşayeva bildirib ki, gün ona qarşı aparılan kampaniya sabah başqalarını hədəf seçə bilər. Buna görə də əks tədbirlər görülməlidir.

Spiker O.Əsədov isə "müraciət edibsiniz, öz işinizdir. Amma bu məsələni parlamentə çıxartmağa ehtiyac yox idi", deyib.

AzNews.az
Bağla X