07:31
(077) 610-22-33

Nurçuları Azərbaycan təhsilinə gətirən məmurun adı açıqlandı

  • >
1 269 4 Mart 2014 14:29 | Cəmiyyət


Keçmiş (1993-cü ildə) təhsil naziri Firudin Cəlilov nurçuların təşkilatı adlandırılan "Çağ Öyretim İşletmeleri"nin Azərbaycandakı ilk fəaliyyətini açıqlayıb.

Sabiq nazir Publika.Az-a açıqlamasında bildirib ki, nurçuların Azərbaycanda ilk fəaliyyəti xələfi olan sabiq təhsil naziri Lidiya Rəsulovanın dövrünə təsadüf edir: "Mən təhsil naziri olan vaxtı nurçuları yaxına buraxmırdım. Hətta, o dövrdə Qafqaz Universiteti açmaq istəyirdilər, ancaq mən buna imkan vermədim. Məndən sonra isə Lidiya Rəsulova təhsil naziri oldu. Onun dövründə nurçular Azərbaycan təhsilində təşkilatlanmağa başladılar. Lidiya xanım bu cür siyasi proseslərdən çox da məlumatlı deyil idi. Ona görə də onlar o dövrdə ayaq açmağa başladılar".

AzNews.az
Bağla X