20:05
(077) 610-22-33

Mirəlioğlu öldürülən partiyadaşından danışdı

  • >
1 243 4 Mart 2014 16:23 | Cəmiyyət

"İndidən partiyamızın üzvü Aydın Xəlilovun siyasi məqsədlərə görə, öldürülməsi versiyasını irəli sürmək düzgün deyil. Amma bunu nə təsdiq, nə də təkzib etmək mümkündür".

Bunu AzNews.az-a açıqlmasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. KXCP üzvü Aydın Rafiq oğlu Xəlilovun qətlə yetirilməsi haqda danışan M. Mirəlioğlu bildirib ki, martın 4-də saat 14:30 radələrində Aydın Xəlilovun meyiti Salyan-Şirvan yolunda tapılıb. Hazırda hüquq-mühafizə orqanları mərhumun ölümünün səbəbləri faktını araşdırır.

M.Mirəlioğlu vurğulayıb ki, A. Xəlilov rayonun nüfuzlu şəxslərindən biri olub: "O, gənc olmasına baxmayaraq, ağsaqqal sayılırdı. Nüfuzlu bir adam idi. Həmçinin, mərhum Dağlıq Qarabağ müharibəsində döyüşmüşdü".

Qeyd edək ki, martın 4-də saat 14.30 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə qətlə yetirilib. O, həmin şəxsin gəldiyi qara rəngli "Toyota – Prado" avtomobilinə əyləşib və Salyan-Şirvan istiqamətinə hərəkət ediblər. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb.

Amid
AzNews.az
Bağla X