20:53
(077) 610-22-33

“Bank of Baku” Elçin İsayevin həbs xəbəri ilə bağlı məlumat yaydı

  • >
1 662 4 Mart 2014 17:18 | Cəmiyyət

"Bank of Baku" Müşahidə Şurasının sədri Elçin İsayevin həbsi ilə bağlı yayılan xəbərlə əlaqədar rəsmi açıqlama verib.

Bankın ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, "Bank of Baku"nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb: "Bununla əlaqədar "Bank of Baku" ASC bildirir ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir. "Bank of Baku"nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədirlər. Bu yaxınlarda 20 illiyini qeyd edən "Bank of Baku" ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır".

Qeyd edək ki, mediada "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayevin həbsi ilə bağlı məlumat yayılmışdı.

AzNews.az
Bağla X