03:39
(077) 610-22-33

Bu gün 4 QHT-nin şikayətinə baxılıb

  • >
674 4 Mart 2014 18:49 | Cəmiyyət

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2014-cü il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 4 QHT-nin şikayətinə baxılıb. Komissiya üzvləri - Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Şura üzvü Vüqar Qədirov, Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev və Katibliyin baş məsləhətçisi Fərid Rüstəmov müsabiqə nəticələri ilə bağlı müraciət etmiş 5 təşkilatdan 4-nün təqdim etdiyi layihələrlə əvvəlcədən tanış olduqlarını bildiriblər. Apelyasiya komissiyasına müraciət etmiş 5 təşkilatdan 4-ü iclasda iştirak etmiş və onların şikayətinə baxılmışdır. Onlar aşağıdakılardır: 1. Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi 2. Milli Paralimpiya Komitəsi 3. Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyi 4. Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılmışdır. Komissiya üzvləri hər bir şikayət üzrə ayrılıqda qərar qəbul ediblər. Milli Paralimpiya Komitəsinin təqdim etdiyi layihənin ideyasının əhəmiyyətini nəzərə alaraq mövcud çatışmazlıqları aradan qaldırmaqla Şuranın növbəti maliyyə yardımı müsabiqəsinə təqdim etməsi tövsiyə edilib. Digər 3 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqqında Şuranın qərarı isə qüvvədə saxlanılıb. Komissiya üzvləri layihələr üzrə yerinə yetiriləcək fəaliyyətlərin ictimai baxımdan aktual və konkret olmasının vacibliyini QHT nümayəndələrinin diqqətinə çatdırıblar. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı da vurğulanıb.


AzNews.az
Bağla X