18:53
(077) 610-22-33

Azərbaycandakı “nurçular”ın yeni siyahısı açıqlanacaq - ANONS

  • >
1 514 4 Mart 2014 19:11 | Cəmiyyət

Azərbaycanda dövlət məmurlarının və millət vəkillərinin "nurçuluq"da ittiham olunması ilə bağlı polemikalar davam edir.

Lent.az-ın xəbərinə görə, "facebook"da Azərbaycanda "nurçuluq" fəaliyyəti ilə bağlı xəbər və məktubların dövriyyəyə buraxıldığı "İnci Azeri" profilində yeni anons verilib.

Məlumatda bildirilib ki, bu günlərdə Azərbaycandakı "nurçular"ın yeni siyahısı açıqlanacaq: "Bu siyahı bir daha təsdiq edəcək ki, "nurçu" şəbəkənin əhatəsi, miqyası artıq dövlətə təhlükə yaradılacaq həddə çatıb. Biz ardıcıl şəkildə "nurçular"ın Azərbaycandakı nümayəndələri, bu qurumların fəaliyyəti, onların Türkiyədəki əlaqələri ilə bağlı məlumatları dövriyyəyə buraxacağıq".


AzNews.az
Bağla X