04:05
(077) 610-22-33

“Korrupsiya və rüşvətxorluq müdafiə sektorunda ciddi fəsadlar yaradır”

  • >
693 4 Mart 2014 22:01 | Cəmiyyət

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli Norveçin paytaxtı Osloda keçirilən "İnstutisional Quruculuq üzrə NATO Dürüstlüyün Təmin Olunması Konfransı"nda iştirak edir.


"Qafqazinfo" xəbər verir ki, "Doktrina" JHAM informasiya departamentindən verilən məlumata görə martın 3-6-da keçirilən konfrans Müdafiə Sektorunda Dürüstlük Mərkəzi (Centre for İntegrity in the Defence Sector) tərəfindən təşkil olunub. Konfransa müxtəlif ölkələrin - Norveç, Moldova, İspaniya, Litva, Gürcüstan, İtaliya, Birləşmiş Krallıq, Monteneqro, İsveç, Çex respublikası, Rusiya, Polşa, Ermənistan, Fransa və başqa ölkələrin Müdafiə və Xarici nazirliklərinin yüksək vəzifəli şəxləri, eyni zamanda bir sıra beynəlxalq təşkilatların, o cümlədən NATO və Transparency International-ın nümayəndələri qatılıblar.

Tədbirdə NATO-nun Dürüstlüyün Təmin olunması (Building Integrity -BI) proqramı (bu proqram 2007-ci ildə yaradılıb və hazırda 16 üzv və tərəfdaş ölkə onu həyata keçirir) və onun üzv və tərəfdaş ölkələrin müdafiə sektoruna tətbiq olunması müzakirə mövzusudur. Konfransda korrupsiya və rüşvətxorluğun müdafiə sektorunda ciddi fəsadlar yaratdığı qeyd olunub. Tədbirdə "müdafiə sektorunda dürüstlük planının necə inkişaf etdirilməsi və həyata keçirilməsi" sualına cavab tapılması əsas hədəfdir.

Xatırladaq ki, BI proqramı Cənubi Qafqaz ölkələrində yalnız Gürcüstan və Ermənistan Müdafiə Nazirliklərində reallaşdırılır. Azərbaycan tərəfi belə proqramı öz Müdafiə Nazirliyində həyata keçirmək arzusunu ortaya qoymayıb.


AzNews.az
Bağla X