07:28
(077) 610-22-33

Səlim Müslümov Şirvan sakinləri ilə görüşəcək

  • >
618 5 Mart 2014 09:56 | Cəmiyyət

Martın 12-də saat 10:00-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edəcəkdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 215-10-30 (Şirvan şəhər ƏSMM), (021) 204-41-36 (Hacıqabul rayon ƏSMM), (021) 235-92-80 (Sabirabad rayon ƏSMM) və (021) 285-25-71 (Saatlı rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.

AzNews.az
Bağla X