07:48
(077) 610-22-33

Azərbaycanda evsiz uşaqlar üçün yaşayış binası tikiləcək

  • >
1 068 5 Mart 2014 12:41 | Cəmiyyət

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan uşaqlar üçün yaşayış binası tikiləcək.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub ki, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən olan məzunlar üçün 1 otaqlı 120 mənzillik binanın tikilməsi üçün zəruri tədbirlər görülüb.

Hesabatda bildirilib ki, uşaqların internat tipli müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsi nəticəsində 34 uşağın belə müəssisələrə düşməsinin qarşısı allınıb. Bununla yanaşı, 13 nəfər uşaq övladlığa verilib, 51 uşaq isə bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

AzNews.az
Bağla X