06:44
(077) 610-22-33

Müdafiə Nazirliyi erməni əsirlə bağlı açıqlama verib

  • >
710 5 Mart 2014 12:43 | Cəmiyyət


"Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidməti AzNews.az-ın sorğusuna cavabında bildirib.

MN-dan bildirilib ki, erməni diversiya qrupunun bələdçisi olan Mamikon Xocayan əsir düşərkən qolundan yaralı olub. Ona yerində tibbi yardım göstərildikdən sonra Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, bədənindən güllə çıxarılıb və həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib.

Nazirlik əsir Mamikon Xocayana qarşı beynəlxalq normalara uyğun davranıldığı da qeyd olunub:

"Əsirlik müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə belə o, heç bir şikayət etməyib. Eləcə də komitə tərəfindən ona qarşı işgəncə faktı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin bu iddiaları onların növbəti cəfəngiyatıdır və heç bir əsası yoxdur.

Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, həmişə əsirlərə qarşı insani mövqedə dayanır. Belə ki, hazırda Azərbaycanda saxlanılan erməni əsir ailə nə öz ölkəsinə, nə də üçüncü ölkəyə getmək istəmir".

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb.

Amid
AzNews.az
Bağla X