14:53
(077) 610-22-33

Nazirlikdən şikayətlər haqda açıqlama

  • >
737 5 Mart 2014 14:08 | Cəmiyyət


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi quruma ünvanlanan müraciətləri açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, cari ilin fevralında vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 "Qaynar xətt"inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz azalıb.

Müraciətlərin sayı ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 13,3 faiz azalaraq 437-yə, əlillik təyinatı və reabilitasiya məsələləri üzrə 74 faiz azalaraq 33-ə, məşğulluq məsələləri üzrə 70 faiz azalaraq 12-yə, əmək hüquqlarının təminatı məsələləri üzrə isə 35,4 faiz azalaraq 17-yə düşüb.

Müraciətlərin əksəriyyəti sorğu xarakteri daşıyıb və vətəndaşların əsasən ünvanlı sosial yardım və sosial müavinətlər, eləcə də əmək hüquqları ilə əlaqədar olan sorğuları nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə cavablandırılıb.

Şikayət xarakterli müraciətlər isə operativ və obyektiv şəkildə araşdırılaraq konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

AzNews.az
Bağla X