18:27
(077) 610-22-33

Qazilər Hacıbala Abutalıbovla görüşüblər

  • >
603 5 Mart 2014 18:29 | Cəmiyyət

Bu gün Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin sədrləri Etimad Əsədovu, Firudin Məmmədovu və Qazilər birliyinin rəhbərliyində təmsil olunan Yaşar Həziyevi, Rizvan Vəliyevi, Rey Kərimoğlunu, o cümlədən 1-ci qrup Qarabağ qazisi Loğman Paşayevi qəbul edib.


"Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən xəbərə görə, qarşılıqlı anlaşma və işgüzar şəraitdə keçən görüşdə Qarabağ qazilərinin problemləri və onların həlli yolları ətraflı müzakirə edilib.

Azərbaycan dövlətinin, onun rəhbəri cənab İlham Əliyevin daima Qarabağ əlillərinə, Şəhid ailələrinə diqqət və qayğı göstərdiyini vurğulayan H.Abutalıbov Qarabağ qazilərinin problemlərinin həllinə həmişə həssas yanaşdığını, bundan sonra da Bakı meriyasına aid olan məsələlərin həlli üçün əlindən gələni edəcəyini deyib.

Görüşdə Bakı Şəhəri İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev və Bakı Şəhəri İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zaur Ramazanov da iştirak edib.


AzNews.az
Bağla X