22:41
(077) 610-22-33

Azərbaycandakı vəzifəli nurçularla bağlı yeni ŞOK YAZI + VİDEO

  • >
2 566 5 Mart 2014 20:25 | Cəmiyyət

Virtual məkanda hakimiyyət daxilindəki nurçu adlandırılanlarla bağlı başlanan kompromat davası davam etməkdədir.

Bir daha yada salaq ki, virtual savaş "İnci Azəri" adlı Facebook istifadəçisinin Azərbaycandakı nurçuları Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun himayə etməsi haqqında statusundan sonra başladı. Nurçulara bağlı "Zaman Todays" qəzetinin müxbiri Mahir Zeynalovun ötən ay Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyədən deportasiya olayını anladan "İnci Azəri" iddia edirdi ki, Mahir Zeynalov və daha bir neçə nəfərin Türkiyədə akkreditasiyası göstərişi Elnur Aslanovdan gəlib.

İddialar sırasında Elnur Aslanova yaxınlığı ilə tanınan Prezident yanında Strateji Araşdırmalar Mərkəzində də xeyli nurçu olduğu da vardı. Mediada səslənən iddialara SAM-ın rəhbəri Fərhad Məmmədovun cavab verməsi də bu iddiaları müəyyən mənada doğruladı.



Azərbaycandakı nurçularla bağlı ötən yazımızda prezident yanında Strateji Araşdırma Mərkəzinin əməkdaşları ilə bağlı araşdırma apardığımızı demişdik.



SAM-ın sədri Fərhad Məmmədovdan başlayaq. O, ictimai həyata AMİP-dən gəlib. Hələlik SAM-da qərarlaşan Fərhad Məmmədovun hakim partiyanın nəzarətində olan müxtəlif strukturlarda təmsil olunduğunu çoxları bilir. Onun bir ara YAP-dan uzaqlaşdırılaraq mühacirətə məhkum edilən Rza İbadovla işlədiyi də bəllidir. Ancaq Fərhad Məmmədovun qardaşının Azərbaycan sələfilərinin lideri Qamət Süleymanovun sağ əli olduğu dar bir çevrəyə bəllidir. Məmmədovların dini təriqətlərə simpatiyalarının arxasında nələrin dayandığı haqqında isə müxtəlif versiyalar səsləndirmək olar. Doğrusunu uca Allah bilir.

İddialara görə, SAM-da nurçuların əsas dayaqlarından biri Cavid Vəliyevdir. C. Vəliyev qurumda Türkiyə məsələlər üzrə aparıcı elmi işçi postundadır. C.Vəliyevin Türkiyə vətəndaşı olan həyat yoldaşı isə 1news.az saytının türk redaksiyasında çalışır. 1 news.az saytının baş redaktoru Rəhman Hacıyevin SAM-la çox sıx əlaqədədir.

Onu da vurğulayaq ki, bir zamanlar bütünlüklə hakim partiyanın nəzarətində olan 1 news.az saytında təxminən 1 il öncədən "təmizləmə kampaniyası" başlanıb. Tədricən Elnur Aslanovun nəzarətinə keçən saytın bir müddətdir nurçu düşərgənin mövqelərini müdafiə etdiyi haqqında danışılır. Bu tendensiya özünü daha çox reklam siyasətində göstərir. Diqqət çəkən həm də odur ki, saytdakı kadr dəyişiklikləri 9 oktyabr prezident seçkilərindən az öncə tamamlanıb. Seçki dönəmində yeni və daha təcrübəsiz qüvvə ilə çalışan sayt öncəki seçki dönəmləri ilə müqayisədə xeyli passiv mövqe tutub.

SAM-ın beynəlxalq analitika şöbəsinin müdiri Rövşən İbrahimovun da adı nurçular sırasındadır.

Nurçuların himayəçisi obrazında təqdim edilən Elnur Aslanova gəlincə, çox ciddi hədəflər uğrunda mübarizəyə başlayan bu şəxsin SAM, 1news.az-la bərabər ASAIF, İRƏLİ, eləcə də "Rahat" marketlər şəbəkəsini də "işlətdiyi" haqqında iddialı xəbərlər var.

Onu da vurğulayaq ki, araşdırmalarımızn ən ilginc məqamı ASAİF-lə bağlıdır. ASAİF xaricdə təhsil alan tələbələrin birlik formatıdır. SAM-ın tərkibində yaradılan qurum hər il bir neçə xarici ölkədə Azərbaycanla bağlı tədbirlər keçirir. Qurumun büdcəsi haqqında fantastik rəqəmlər səsləndirilir. Deyilənlərə görə, ASAİF hər tədbirə təxminən 100-150 nəfər aparır. Bu şəxslərə yol, otel xərclərindən başqa gündəlik cib xərcliyi də ödənir. Bu məbləğin üzərinə tədbirlər üçün kirayələnən məkanların, tədbir sonrası bahalı restoranlarda ziyafətlərin də xərci də əlavə ediləndə söhbətin milyonlarla dollardan getdiyi aydın olur.



Onu da bildirək ki, indi ASAİF Berlində Qarabağla bağlı tədbirə hazırlaşır. Martın 31-i, aprelin 1-də Almaniya paytaxtında keçiriləcək yığıncaqla bağlı elan qurumun rəhbəri Ramin Hakimovun Facebook səhifəsində də var. Bu tədbirin Qarabağ problemi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına nə qədər töhfə verəcəyini deyə bilmərik, ancaq toplantıda bir neçə saat dözüb oturacaq gənclərin Avropa paytaxtlarında bir neçə gün kef çəkəcəyi dəqiqdir.


Bir qədər də ASAİF rəhbəri Ramin Hakimovla bağlı. Sosial şəbəkələrə yaxşı bələd olanlar 2010-cu ildə onun youtube-da yayılan video-çarxını yaxşı xatırlayır. İngiltərə şou-proqramlarından birinə qatılan Ramin Hakimov Azərbaycanın neft gölməçələrinin fonunda ingiliscə mahnı oxuyur. Həmin vaxt auditoriyaya "Azərbaycanı tanıyırsınızmı" sualını verən aparıcı ölkəni "Eurovision" yarışması ilə yada salır. Aparıcının yadına "Eurovision" yarışmasının düşməsi Ramini geyimi ilə də bağlı ola bilər. Qırmızı şalvar, zərli köynək, bəyaz qanadlar...Əsl "Eurovision" havası. Bəlkə də Ramin Hakimov Britaniya kanalında keçmiş metro şefi Tağı Əhmədovun sevimli deyimi ilə desək, burcudaraq mahnı oxuyanda bu bəyaz qanadların onu hansı məqama uçuracağı ağlından belə keçirməyib. Ancaq fakt odur ki, bu gün Ramin Hakimov kimlərinsə əli ilə milyonlarla vəsait ayrılan bir qurumun rəhbəri kürsüsündə əyləşdirilib.

musavat.com
Bağla X