04:20
(077) 610-22-33

Etibar Hüseynov: “Bu gündən mən də nurçuyam”

  • >
1 067 5 Mart 2014 23:22 | Cəmiyyət

Milli Məclisin deputatı Etibar Hüseynov son günlər "filankəs nurçudur" iddialarına münasibət bildirib.

Deputat bununla bağlı Feysbukda status paylaşıb.

"Hansı saytı, hansı qəzeti səhifəliyirsənsə mövzu nurçuluqdur. Siyahı gündən-günə genişlənir. Bu da antiazərbaycançı qüvvələrin fikirləşdiyi taktikadı guya ki. Çünki artıq kiməsə erməni və ya KQB-şnik demək dəbdən düşüb. Bu yarlıq keçərli deyil. Ona görə də NURÇU damğası dövriyyəyə buraxılıb. Siyahıya diqqət yetirin: Zakir Həsənov, Elmar Məmmədyarov, Elnur Aslanlı, Fərhad Məmmədov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov və.s. Bir sözlə, hədəfə Azərbaycanda müsbət imicə malik, təmiz reputasiyalı, adı heç bir korrupsiya, rüşvət və ya hər hansı kriminalda hallanmayan, yalnız dövlətə, millətə sədaqət və vicdanla xidmət edən kəslər alınıb. Amma keçməz. Sizlərin bu çirkin böhtan və iftira dolu kampaniyanız bumeranq təki özünüzə qarşı çevriləcək.

Və sonda - əgər nurçuluq millətə və dövlətə sədaqətlə, vicdanla yorulmadan çalışmağa, xidmət etməyə deyilirsə... Onda bu gündən mən də nurçuyam". ("Musavat.com")
Bağla X