“Azəriqaz”dan Lökbatandakı hadisə ilə bağlı açıqlama


"Azəriqaz" QSC ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov 4 ünvanında baş verən kütləvi zəhərlənmə ilə bağlı ekspertizanın ilkin nəticələrini açıqlayıb.

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzNews.az-a bildirib ki, martın 5-də baş verən təbii qazdan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı ekspertiza təyin olunub.

Laboratoriya analizlərinin cavabı əsasında müəyyən olunub ki, mənzillərə verilən təbii qazın tərkibindəki qatqı - odorant maddəsinin səviyyəsi normalara uyğun olub. Bu da öldürücü deyil.

O, əlavə edib ki, beynəlxalq standartlara uyğun olaraq təbii qaza iyi vermək üçün xüsusi odorant maddəsi vurulur: "Bu da təbii qazda sızmanın iyi vasitəsi ilə təyin edilməsi üçündür.

Amid
AzNews.az