"Bir müddətdən sonra daha yaxşı olacağımı dedilər" "Bir müddətdən sonra daha yaxşı olacağımı dedilər"

“20 gündən bir kimyaterapiya olunmalıyam” - Rafiq Hüseynov

"Bir müddətdən sonra daha yaxşı olacağımı dedilər"



"Neçə gün idi ki, Türkiyədə idim. Əməliyyatdan sonra ikinci dəfə müayinə olundum".

Bunu AzNews.az-a xalq artisti Rafiq Hüseynov bildirib. Onun sözlərinə görə, həkimlər apardıqları əməliyyatın nəticəsinin uğurlu olduğunu deyib: "Hər 20 gündən bir kimyaterapiya olunmalıyam. Dünən ikinci dəfə kimyaterapiya olundum. Şükürlər olsun ki, yaxşıyam. Səsim də düzəlib. Bir müddətdən sonra daha da yaxşı olacağımı dedilər".

Xatırladaq ki, R.Hüseyinov xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az