İlham Əliyev Serbiya səfirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində ötən dövr ərzində böyük uğurlar əldə olunduğunu vurğulayıb.

Qısa vaxt ərzində ölkələrimizin bir-birinə daha çox yaxınlaşdığını deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

İkitərəfli münasibətlərimizin inkişafında səfir Zoran Vayoviçin fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək işlərində ona uğurlar arzulayıb.

Səfir Zoran Vayoviç son illər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. O, bildirib ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövrü onun həyatının ən parlaq və unudulmaz hissələrindən biridir.

AzNews.az