17:17
(077) 610-22-33

Nazir əlilliyi olan şəxsləri istirahətə göndərəcək

  • >
910 6 Mart 2014 12:22 | Cəmiyyət


Cari ilin yaz-yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin respublikanın istirahət və sağlamlıq mərkəzlərində istirahəti təşkil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, bu tədbir nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda əksini tapıb.

İstirahət mərkəzlərində əlillər üçün xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinaların təşkili, müxtəlif idman yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), göldə üzgüçülük və ətraf rayonlara gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq kimi tədbirlər həyata keçiriləcək.

Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşeron rayonundan istirahətə göndərilən əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunacaq.

Amid
AzNews.az
Bağla X