07:19
(077) 610-22-33

2014-cü ilin ən nüfuzlu qadını- Mehriban Əliyeva

  • >
1 098 6 Mart 2014 13:43 | Cəmiyyət

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb.

Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib.

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə sorğunun qalibi seçilib.

Mehriban Əliyevanın xidmətləri sırasında eləcə də Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyaları qeyd edilməlidir.

Ərəb Mədəni İrsi Mərkəzinin direktoru Rey Əlqətri Belhasusun adından Azərbaycanın Fransadakı səfirliyinə göndərilən məktubda sorğunun nəticələri barədə məlumat verilib.

AzNews.az
Bağla X