11:15
(077) 610-22-33

Metroda qatarın altına düşən oğlan BDU tələbəsi imiş- Yenilənib

  • >
1 955 6 Mart 2014 14:30 | Cəmiyyət

Bakı metrosunun "Ulduz" stansiyasında özünü qatarın altına atan şəxs danışıb.

AzNews.az xəbər verir ki, Respublikanın baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev Milli.Az-a açıqlamasında bildirib ki, hələlik şəxsiyyəti məlum olmayan yaralı bir anlıq özünə gəlib, sonra yenə onunla əlaqə kəsilib.

Bir neçə saniyə ərzində ayıq olan xəstə yalnız özünü öldürmək istədiyini deyə bilib. Adını da desə də, nə demək istədiyi anlaşılmayıb.

Direktorun sözlərinə görə, hazırda xəstə ayılmayıb, yaxınlarının gəlməsi gözlənilir. Yaralının qolu amputasiya olunub, dili qopub və yerinə tikilib.

Xatırladaq ki, martın 5-də saat 17 radələrində "Ulduz" sytansiyasında 20-25 yaşlarında kişi qatarın perrona girişi zamanı özünü relsin üzərinə atıb. Hadisə nəticəsində gənc ağır bədən xəsarəti alıb. Onun sağ qolunun bir hissəsi bədənindən ayırılıb. (15.11)

***

Martın 5-də özünü metro qatarının altına atan şəxs BDU-nun tələbəsi olduğu məlum olub.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan APA-ya verilən məlumata görə, ötən günü özünü "Ulduz" metro stansiyasında qatarın altına atan şəxs Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Dövran Həsənovdur.

Hazırda D. Həsənov reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.

AzNews.az
Bağla X