21:11
(077) 610-22-33

Vitse-spiker: "Belə bir hadisənin baş verməsinə təəssüf edirəm”

  • >
1 616 6 Mart 2014 16:40 | Cəmiyyət

"Kiminsə yerinə danışmaq istəməzdim. Lakin, vətəndaşın sağlamlığına mənfi təsir göstərən belə bir hadisənin baş verməsinə təəssüf edirəm".

Bunu AzNews.az-a Milli Məclisinin sədr müavini Bahar Muradova dünən Qaradağ rayonunda baş verən kütləvi zəhərlənmə hadisəsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu barədə geniş məlumata malik olmasa da, aidiyyəti qurumların açıqlamalarını diqqətlə izləyir: "Bu hadisəni mediadan izlədim. Hadisənin baş vermə səbəbləri haqda bir şey deyə bilərəm. Hesab edirəm ki, artıq bu sahəyə cavabdeh qurumlar baş verən hadisə ilə bağlı açıqlama veriblər. Hər halda yekun açıqlama da olacaq. Lökbatanda baş verənlərdə qərəz izini də görmürəm. Əsla belə ola bilməz. Fikrimcə, belə bir hadisənin baş verməsi hər bir vətəndaşı, o cümlədən bu xidmət işini həyata keçirən qurumları da ayıq-sayıq olmağa vadar edir".

Amid Əyyuboğlu
AzNews.az


Bağla X