10:27
(077) 610-22-33

Bir qrup qadın təltif edildi, fəxri adlar verildi - Sərəncam

  • >
1 567 6 Mart 2014 18:27 | Cəmiyyət

Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Axundova Nigar Vəli qızı

"Tərəqqi" medalı ilə

Cəfərova Xatirə Ayaz qızı
Əliyeva Lətifə Ağaqasım qızı
Qədirova Arzu Əfqan qızı
Teymurova Gülarə Əli qızı

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

İsmayılova Südabər Şöyüb qızı

Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilməsi haqqında da sərəncam imzalayıb.

Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar Müəllim"

Əliyeva Kamilla Əliyevna
Həsənova Şamama Atakişi qızı

"Əməkdar Həkim"

Abbasova Bədir Əli qızı
Ağamoğlanova Məlahət Saleh qızı

"Əməkdar Mədəniyyət İşçisi"

Əliyeva Samirə Zimirxan qızı
Zeynalova Sürəyya İsmayıl qızı.


AzNews.az
Bağla X