01:55
(077) 610-22-33

Pensiya kartlarının imkanları genişlənir

  • >
800 6 Mart 2014 21:50 | Cəmiyyət

Pensiyaçıların plastik kartlarının imkanları genişlənir. Təqaüdçülərin çoxunun yalnız pul çıxartmaq üçün istifadə etdiyi bu kartlarla indi kredit almaq da mümkündür. Bu kreditlə kommunal borcu da ödəmək olar, amma bəzi şərtlər var.

Artıq bundan sonra pensiyaçılar öz təqaüdlərini alana qədər kommunal ödənişlərini edə biləcəklər. Bu imkan onlara Dövlət Sosial Müdafiə Fondunun və Beynəlxalq Bankın təqdim etdiyi Pensiya+ xidməti sayəsində verilib. Əslində fevraldan tətbiqinə başlanan bu xidmətdən əvvəllər yalnız müəyyən super market və apteklərdə istifadə etmək olurdu. Bu gündən isə həmin siyahıya işıq, qaz, su pulu və telefon ödənişləri də daxil edilib. Xidməti mahiyyəti bundan ibarətdir ki, pensiyaçı banka yaxınlaşaraq özünün aylıq pensiyası məbləğində kredit xətti açdırır. Bu vəsaiti isə növbəti 3 ayda hissə-hissə qaytarır. Həmin kreditdən isə yalnız nağdsız ödənişlərdə istifadə etmək olar. Bu kommunal ödənişlərə də aiddir.

DSMF-nın şöbə müdiri Elşən Məmmədəliyev bildirib ki, yaxın vaxtlarda pensiyaçıların öz plastik kartlarından avtobus və metroda istifadə edə bilməsi üçün işlər aparılır.

"Amma hələ ki, bu xidmətlər yalnız pensiyasını Beynəlxalq Bankdan alan şəxslərə, başqa sözlə pensiyaçıların 70%-nə aiddir. Təxminən 1 aydır təqdim olunan xidmətdən indiyədək mindən artıq təqaüdçü istifadə edib. Bu müddətdə pensiya kartları ilə aparılan nağdsız ödənişlərin həcmi 2 dəfəyə qədər artıb".(ANS TV)
Bağla X