03:36
(077) 610-22-33

“Space”in keçmiş əməkdaşına vəzifə verildi

  • >
3 399 7 Mart 2014 09:26 | Cəmiyyət

O, mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək



"Space" televiziyasının "Hər gün" xəbərlər xidmətində müxbir vəzifəsində çalışmış Günel Məmmədovaya vəzifə verilib.

AzNews.az xəbər verir ki, o, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

G.Məmmədova 2004-2009-cu illərdə müxtəlif Kütləvi İnformasiya Vasitlərində jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2012-ci illərdə "Space"in "Hər gün" xəbərlər xidmətində müxbir vəzifəsində çalışıb.

G.Məmmədova 2012-ci ildən bu gününədək "Space" kanalından ayrılaraq Azərbaycan Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında baş mütəxəssis, ASK-nın orqanı olan "Biznes Həyatı" jurnalının məsul katibi vəzifəsində çalışıb.

Amid Əyyuboğlu
AzNews.az





Bağla X