01:54
(077) 610-22-33

Göygöllə “Haqq-hesab”- FOTO

  • >
7 419 7 Mart 2014 09:30 | Cəmiyyət

AzNews.az bu dəfə Göygöl rayonu ilə "Haqq-hesab" edib.

Göygöl rayonu Azərbaycanın qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayonunun sahəsi əhalisi 59000-ə yaxındır. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq, əkinçilik və üzümçülüklə məşğul olur. Məşhur Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir, Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir.

Regionların inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi Göygöl rayonunda da hərtərəfli inkişafa və yeniləşməyə meydan açıb. Son illər dinamik xarakter almış sosial-iqtisadi irəliləyiş ötən il daha ciddi uğurlarla əlamətdar olub. 2013-cü ildə rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq–quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Göygöl şəhərində aparılan geniş quruculuq işləri çərçivəsində 10 kilometr uzunluğunda 7 mərkəzi küçə abadlaşdırılıb, yollara asfalt örtük salınıb, 700 binanın dam örtüyü dəyişdirilərək əsaslı təmir olunub. Mədəniyyət və İstirahət parkının ərazisi 3 hektar genişləndirilərək abadlaşdırılıb. Burada müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi yaradılıb, Gənclər və Uşaq əyləncə mərkəzləri tikilib, açıq kinoteatr yenidən qurulub. Ərazisi 6 hektar olan Olimpiya İdman Kompleksi, Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün inzibati binalar tikilib. Hündürlüyü 40 metr olan təpədə Dövlət Bayrağı meydanı kompleksi yaradılıb, 50 metr hündürlüyündə Bayraq quraşdırılıb və Muzeyi təşkil olunub. 2014-cü ilin yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Göygöl rayonuna üçüncü dəfə səfər edib, rayonda quruculuq işləri ilə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Göygöl rayonu üzrə nəzərdə tutulmuş 18 tədbirdən 17-nin icrası yerinə yetirilib. 2013-cü ildə 1 xidmət, 6 istehsal obyektləri istifadəyə verilib, 502-si daimi olmaqla, 1328 iş yeri açılıb.

Rayonun bugünkü vəziyyətini əks etdirən fotoları təqdim edirik:

Bağla X